DƏDRX 17 saylı Yevlax Ərazi İdarəsinin baş mühəndisi barəsində qətimkan tədbiri seçilib
Mingəçevir şəhər prokurorluğunun yaydığı məlumata görə, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin (DƏDRX) 17 saylı Yevlax Ərazi İdarəsinin baş mühəndisi Rövşən İsmayılovun qanunsuz hərəkətləri barədə daxil olmuş müraciət əsasında araşdırma aparılıb. Məlum olub ki, həmin şəxs Mingəçevir şəhəri, Q.Nəbi küçəsində yerləşən və AzərSu ASC-nin balansında olan 0,20 ha torpaq sahəsinə xüsusi mülkiyyət hüququnu təsdiq edən çıxarışı […]