Peşəsi olmayan köçkünlər bu gün iş tapmaqda çətinlik çəkirlər
Sentyabrın 22-də Bərdədə 866 saylı qəsəbədə, 23-də Ağdamda “Bənövşələr” qəsəbəsində, 27-də isə Mingəçevir Media Mərkəzində “Məcburi köçkünlərin məşğulluq ehtiyaclarının araşdırılması” istiqamətində müzakirələr aparılıb. Məlum olub ki, əksər köçkünlər peşələrə yiyələnmədiklərindən bu gün iş tapmaqda çətinlik çəkirlər. Daha çox dövlətin və beynəlxalq təşkilatların yardımlarına bel bağlayan insanlar indi başa düşürlər ki, hansısa bir sənətin sahibi olmaqla […]