Browsing tag

KOBİA

Vaqif Həsənov: “Xidmət təşkilatları, sizdən dəstək istəmirik, sadəcə mane olmayın”.

2020-ci ilin fevral ayından başlayaraq sahibkar obyektlərindəki güc transformatorlarının təmiri üçün “Azərişıq” ASC-nin yerli nümayəndələri tərəfindən məcburi qaydada göstəriş verilməsi və müqavilə bağlamaqla vəsait tələb edilməsi barədə Mingəçevir şəhər İcra Hakimiyyəti yanında İctimai Şuraya daxil olan müraciət araşdırılıb. Məlum olub ki, “Elastik” MMC-nin rəhbəri Vaqif Həsənov 1556 AZN məbləğində vəsaiti köçürməyə məcbur edilib. Bunun müqabilində […]

Banklar sahibkarların SİF kreditlərinə əlçatanlığı təmin edəcəkmi?

Noyabrın 25-də Mingəçevir Gənclər Evində İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu və KOBİA sahibkarlarla görüş keçirib. Məqsəd kiçik və orta bizneslə məşğul olan şəxsləri güzəştli kredit şərtlərindən yararlanmağa təşviq etmək, yeniliklər haqda məlumat vermək olub. İş adamları bankla müştəri arasında olan münasibətlərdən, xüsusən bank faizlərinin yüksək olmasından danışıblar. Tədbiri Mingəçevir İcra Hakimiyyətinin məsul işçisi İlqar Pirməmmədov […]

“Azəriqaz” nümayəndələri evlərinizə gələcək: qaz xətləri və cihazlarına baxış keçirmək üçün

Sentyabrın 28-də Mingəçevir şəhər İcra Hakimiyyəti yanında İctimai Şura KOBİA-nın (Kiçik və Orta Biznesin İnkişafı Agentliyi) yerli nümayəndəliyi ilə birgə Mingəçevirdə qaz xidmətinin vəziyyətini müzakirəyə çıxarıb. Şura sədri Fərman Nəbiyev iclası açaraq, bildirib ki, məqsəd şəhərdə bu sahədə yaranan problemlərə diqqəti çəkmək və gələcəkdə baş verə biləcək fəsadların qarşısını almaqdır: “Xüsusən şəhərin Axundov küşəsində və […]

Avtoxidmətlə məşğul olan sahibkarlar KOB dostunun görüşünə gəldi

2022-ci il avqustun 9-da KOBİA-nın Mingəçevirdəki KOB dostu avtomobil servisi, diaqnostika və təmir xidmətləri üzrə fəaliyyət göstərən şəxsləri bir araya gətirib. 2 saata yaxın davam edən görüşdə  sahibkarları narahat edən məsələlər araşdırılıb, çıxış yolları müzakirə olunub. Xüsusən işçilərlə və peşə təliminə cəlb olunan 15-16 yaşlı uşaqlarla əmək münasibətlərinin tənzimlənməsi, torpaq və qeyri-yaşayış sahəsi olmayan və […]