Avtoxidmətlə məşğul olan sahibkarlar KOB dostunun görüşünə gəldi
2022-ci il avqustun 9-da KOBİA-nın Mingəçevirdəki KOB dostu avtomobil servisi, diaqnostika və təmir xidmətləri üzrə fəaliyyət göstərən şəxsləri bir araya gətirib. 2 saata yaxın davam edən görüşdə sahibkarları narahat edən məsələlər araşdırılıb, çıxış yolları müzakirə olunub. Xüsusən işçilərlə və peşə təliminə cəlb olunan 15-16 yaşlı uşaqlarla əmək münasibətlərinin tənzimlənməsi, torpaq və qeyri-yaşayış sahəsi olmayan və […]