“Adsız qadın, sən kimsən?”
Bu gün Mingəçevir Dövlət Dram Teatrı yenə tamaşaçılarla dolmuşdu. Teatrın aktrisası Afət Əliyevanın pərəstişkarları səbirsizliklə onun mono tamaşasının başlanmasını gözləyirdilər. Nəhayət pərdə açıldı. Səssizlikdə güclü siqnal səsinə diksinən tamaşaçı qarşısında dərdli bir qadını gördü. İlk başda müammalı görünən qadın tədricən içindəkilərini – yəni yaşadıqlarını söyləməyə başladıqca, həyatında çox acılar çəkmiş bir ana olduğu bəlli oldu. […]