Browsing tag

İctimai şura

Mingəçevir şəhər İcra Hakimiyyəti yanında İctimai Şuranın 2024-cü ildəki fəaliyyəti barədə hesabat

1)Mingəçevir şəhər İcra Hakimiyyəti yanında İctimai Şuranın 27 yanvar 2024-cü ildə növbəti iclası keçirilib. İclasda Şuranın 2023-cü ildəki fəaliyyəti barədə hesabat,  2024-cü il üçün Fəaliyyət Planı müzakirə olunub və qəbul edilib. Xüsusən şəhərdə sahibsiz küçə itlərinin saxlanması üçün sığınacağın inşası və orda xidmətin təşkili, yol hərəkəti qaydalarını uşaqlara öyrətmək üçün Dövlət Yol Polisi ilə məktəblərin […]

Mingəçevir Bələdiyyəsi yanında İctimai Şuraya seçkilər keçirilib

Avqustun 27-də Mingəçevir Bələdiyyəsi yanında İctimai Şuraya seçkilər keçirilib.  Prosesə 13 namızəd (mediadan 2, QHT-lərdən 9 və məhəllə komitələrindən 2 nümayəndə) qatılıb. Onlar 7 yer uğrunda mübarizə aparıblar. Saat 10-da başlayan və 12-də bitən seçkidə 143 nəfər səs verib. 2 bülleten istifadə olunmamış qalıb. Səssaymadan sonra nəticələr elan olunub: Cəfərov Oktay İsa oğlu (“Qarabağ Əlillərinə […]

Avtoxidmətlə məşğul olan sahibkarlar KOB dostunun görüşünə gəldi

2022-ci il avqustun 9-da KOBİA-nın Mingəçevirdəki KOB dostu avtomobil servisi, diaqnostika və təmir xidmətləri üzrə fəaliyyət göstərən şəxsləri bir araya gətirib. 2 saata yaxın davam edən görüşdə  sahibkarları narahat edən məsələlər araşdırılıb, çıxış yolları müzakirə olunub. Xüsusən işçilərlə və peşə təliminə cəlb olunan 15-16 yaşlı uşaqlarla əmək münasibətlərinin tənzimlənməsi, torpaq və qeyri-yaşayış sahəsi olmayan və […]

Mingəçevir İH yanında İctimai Şura 7 komissiya yaratdı

2022-ci il avqustun 5-də Mingəçevir şəhər İcra Hakimiyyəti yanında İctimai Şuranın iclası keçirilib. Şura sədri Fərman Nəbiyev qeyd edib ki, əlimizdə yalnız İctimai İştirakçılıq haqqında Qanun var,  amma Mingəçevir İH yanında indiyədək İŞ olmadığı üçün müvafiq sənədləri hazırlamaq vəzifəsi 2022-ci il iyulun 16-da seçki zamanı formalaşan qurumun öhdəsinə düşür. O, İctimai Şuranın Əsasnamə və Şura […]

Fərman Nəbiyev: “Mingəçevirdə demokratiya qalib gəldi”

İyulun 20-də Mingəçevir şəhər İcra Hakimiyyəti yanında İctimai Şuranın ilk iclası keçirilib. Şuranın sədri vəzifəsinə “Mingəçevir işıqları” qəzetinin baş redaktoru Fərman Nəbiyev və “Şəhər Veteranları Şurası”nın sədr müavini Rizvan Mikayıllının namizədlikləri irəli sürülüb. Tərəflər hər iki şəxsin üstün cəhətlərini təqdim etməyə çalışıblar. Gərgin mübarizə şəraitində  keçən prosesə məsafədən qatılan “Kanal-32” Media şəbəkəsinin baş direktoru İnqilab […]

Mingəçevirdə İctimai Şuraya 9 yer uğrunda 13 nəfər mübarizə apardı

2022-ci il iyulun 16-da Mingəçevir şəhər İcra Hakimiyyəti yanında İctimai Şuraya seçkilər keçirilib. Səhər saat 10.15-də başlayan və 12.15-dək davam edən seçkilərdə 9 yer uğrunda 13 namizəd mübarizə aparıb.  Onlara 138 nəfər səs verib. Seçki komissiyasının sədri, Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının müavini Hikmət Kərimov bildirib ki, bütün proses vətəndaş cəmiyyəti nümayəndələrinin gözü qarşısında şəffaf […]

Yerli icra hakimiyyətləri “QHT ziyarətləri”nə gələnlərin tənqid atəşində

Bir müddətdir ki, “QHT ziyarətləri” layihəsi çərçivəsində bölgələrə səfərlər təşkil edilir, regionlardakı vətəndaş cəmiyyəti təşkilatlarının real vəziyyəti yerində öyrənilir. Bu, əvvəllər də arzulanırdı, amma QHT Şurası paytaxtdakı məşhur otellərdə 400-500, bəlkə də daha çox iştirakçını bir araya gətirməklə işini bitmiş hesab edirdi. Bir saatdan sonra zalın yarısı boşalırdı, çünki Gəncədən, Zaqataladan, Qazaxdan  və digər bölgələrdən […]

Biz dəyişiklik toxumunu səpə bildik

“Mingəçevir Valideynlər Assosiasiyası” İctimai Birliyi 2022-ci ilin fevral ayının əvvəlindən başlayaraq, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) maliyyə dəstəyilə ECSOFT proqramı çərçivəsində “Valideynləri məktəbin idarəçiliyinə cəlb edək” layihəsini həyata keçirir Biz layihənin planına uyğun olaraq, fevral ayı ərzində 4 məktəbin 105 valideyni arasında  “Təhsilin idarə olunmasında valideynlərin rolu” barədə ənənəvi sorğular keçirdik. Sorğuda 10 əsas suala […]