Browsing tag

güclü külək

Mingəçevirdə əsən güclü külək bir neçə ağaçı kökündən çıxarıb

Son günlər havaların qeyri-sabit keçməsi respublikanın müxtəlif rayonlarında fəsadlara yola açır. Güclü külək və leysan yağışlarla müşaiyyət olunan təbiət hadisəsi kənd təsərrüfatı və fərdi evlərə külli miqdarda ziyan vurur. İyunun 15-də Mingəçevirdə gecə saatlarında təkrar olunan belə hava nəticəsində külək Təbriz  küçəsi, Fizuli parkı, şəhər stadionuna yaxın ərazilərdə bir neçə ağacı kökündən çıxarıb. Şəhərin bəzi […]

Goranboy-Ağcakənd yolunun ətrafında iri gövdəli ağac aşıb

Goranboy rayonunun Heydər Əliyev prospektində  iri gövdəli çinar ağacı küləyə tab gətirməyərək aşıb. Hadisə zamanı xəsarət alan olmayıb. Küləyin aşırdığı ağac avtomobillərin hərəkət etdiyi yola düşdüyündən gediş-gəlişdə müəyyən çətinlik yaranıb. Aşmış ağac aidiyyəti qurumlar tərəfindən ərazidən götürülüb. Güclü külək Goranboyun bir neçə yaşayış məntəqəsini işıqsız qoyub. Hazırda  rayonun  Ağcakənd, Qızılhacılı, Boluslu, Səfikürd, Tatarlı kəndlərinə elektrik enerjisinin verilişində fasilələr yaranıb.