Görüş vaxtını və yerini dəyişsək də…
Noyabrın 16-nı çoxdan gözləyirdik. Məktəbə gedəcəyi günü gözləyən altı yaşlı uşaq kimi. Yaşımızın indiki çağında daha səbirsiz və kövrək olmağımız təbii haldır. Biz 32 il qabaq universitetin jurnalistika fakültəsini bitirəndə qərara aldıq ki, hər il mayın 5-də (o zamanlar mətbuatın bayramı “Pravda” qəzetinin yarandığı həmin gündə keçirilirdi) Sabir bağında yığışaq. İndiki İstiqlaliyyət (keçmiş Kommunist) küçəsində […]