Browsing tag

Goranboy

Goranboy rayonunda 5 nəfərdə koronovirusa yolxuma aşkarlanıb

Goranboyda 2256 nəfərdən koronovirusla bağlı test nümünəsi götürülüb. Onlardan 5-nin nəticəsi pozitiv çıxıb. Goranboy rayon İcra Hakimiyyətinin əməkdaşı Murov Həsənovun bildirdiyinə görə, karantin xəstəxanası elan edilən Goranboy Rayon Mərkəzi xəstəxanasına bu günə qədər müxtəlif bölgələrdən 408 xəstə gətirilib. Yoxluxma hallarının qarşının alınması üçün rayon ərazisində dizinfeksiya işləri,  həmçinin sakinlərlə marifləndirci söhbətlər aparılır.

Goranboyda çay evində müştərini it dişləyib

Goranboy şəhərinin çay evlərindən birində ovçarka cinsli it müştərilərdən birinə hücum edib. APA-nın Mingəçevir bürosunun məlumatına görə, it müştərinin əl-ayaq nahiyəsinə xəsarət yetirib. Yaralı dərhal xəstəxanaya çatdırılıb və ona lazımi tibbi yardım göstərilib.

Goranboyda daha çox Qafqaz gürzəsinə rast gəlinir

İsti iqlimi ilə seçilən Goranboyda ötən ilə nisbətən bu il ilan dişləməsi azalıb. Goranboy Rayon Xəstəxanasından verilən məlumata görə, ötən il rayon ərazisində 20-dən artıq sakini ilan sancıb. Onlar arasında vəziyyəti ağır olanlar da olub. Yay fəslində ilan vurma halları artdığından zərərçəkənlərə  zəhər əlehinə zərdabların vurulması vacibdir. Bəs xəstəxanalarda zərdablar varmı? Goranboy rayon xəstəxanasının həkimi […]

Goranboy-Ağcakənd yolunun ətrafında iri gövdəli ağac aşıb

Goranboy rayonunun Heydər Əliyev prospektində  iri gövdəli çinar ağacı küləyə tab gətirməyərək aşıb. Hadisə zamanı xəsarət alan olmayıb. Küləyin aşırdığı ağac avtomobillərin hərəkət etdiyi yola düşdüyündən gediş-gəlişdə müəyyən çətinlik yaranıb. Aşmış ağac aidiyyəti qurumlar tərəfindən ərazidən götürülüb. Güclü külək Goranboyun bir neçə yaşayış məntəqəsini işıqsız qoyub. Hazırda  rayonun  Ağcakənd, Qızılhacılı, Boluslu, Səfikürd, Tatarlı kəndlərinə elektrik enerjisinin verilişində fasilələr yaranıb.

Goranboyun dağlıq hissəsində becərilən yer kökü

Goranboyun dağ kəndləri üçün yer kökü becərmək xarakterik olmasa da bir neçə müddətdir ki, bu yerlərdə bitkinin əkini aparılır. RayonunYenikənd kəndi ərazisində becərilən yer kökü bu il məhsuldarlığı ilə seçilir. Təsərrüfat sahibi hektaradan 30-35 ton məhsul götürməyin mümkün olduğunu deyir. Dağlıq ərazidə becərilən su sevən bitki dəmyə deyil, suni suvarma ilə becərilir. Həmçinin burada yerli […]