Browsing tag

QHT

QHT-lərə Dövlət Dəstəyi Agentliyi hansı zərurətdən yarandı və ondan gözləntilərimiz nədir?

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin hansı zərurətdən yarandı? ELTV-nin “İndiki zaman” verilişində bu və digər suallar ətrafında müzakirə aparıldı. İnqilab Şirinbəylinin aparıcı olduğu verilişdə yeni Agentliyin Müşahidə Şurasının üzvü, Humanitar Tədqiqatlar İctimai Birliyinin sədri Əvəz Həsənov, Mingəçevir Valideynlər Assosiasiyasının prezidenti Fərman Nəbiyev və “EkoTES” İB-nin sədri Çingiz Nəzərov fikirlərini bölüşdülər.

Vətəndaşların ictimai informasiyalara əli çatırmı?

Son bir il ərzində İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin  (İTY İB) ekspertləri pilot ərazilərin timsalında informasiya açıqlığını araşdırıblar. Araşdırma idarəetmə orqanlarının və ictimai xidmət təşkilatlarının fəaliyyətində şəffaflıq, hesabatlılıq və informasiya açıqlığının təmin edilməsi sahəsində qanunvericiliyin və mövcud praktikanın qiymətləndirilməsi, bu sahədə mövcud problemlər və onların həll yollarına ekspert baxışlaırnın müəyyənləşdirilməsi ilə bağlı olub. İTY İB-nın […]

Dövlət yeni idarəetmə formasına keçən köhnə binalara dəstək göstərəcək

Avqustun 2-də İqtisadiyyat Nazirliyində Mənzil-kommunal siyasəti şöbəsinin nümayəndələri ilə MVA-nın rəhbəri Fərman Nəbiyevin məsləhət görüşü olub. Görüş Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə Mingəçevir Valideynlər Assosiasiyasının “Mingəçevirdə çoxmənzilli binaların mənzil mülkiyyətçiləri tərəfindən idarə olunmasına praktiki və hüquqi yardımların göstərilməsi” layihəsi çərçivəsində baş tutub. 2 saatdan artıq davam edən görüşdə İqtisadiyyat Nazirliyinin […]

E-vətəndaş proqramı Mingəçevirdə təqdim olundu

Mayın 27-də Mingəçevir Gənclər Evində  Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yeni brendi olan “SƏLİS”-in (Sürətli Əlaqələndirmə və Layihələrin İdarəetmə Sistemi) e-vətəndaş proqramının təqdimatıkeçirilib.QHT Forumu MRQRTM-nın direktoru Füzuli Əsədov bildirib ki, Şura fəaliyyət göstərdiyi 10 ildən çox müddət ərzində hər zaman şəffaflıq, aşkarlıq və hesabatlılıq prinsiplərini yüksək tutaraq QHT-lərə, Vətəndaş Cəmiyyətinə, dövlətə, […]