Əfqanıstan şəhidi 37 ildir ki, dogma məktəbinə “gəlir”
Aprelin 16-da Əfqanıstan Veteranlar İttifaqı Mingəçevir şöbəsinin nümayəndələri beynəlmiləl döyüşçü İlqar Nuşirəvan oğlu Rüstəmovun xatirəsinin anıblar. 1962-ci ildə Mingəçevirdə, Tərəvəzçilik sovxozunda doğulan, 1982-ci ildə Əfqanıstanda qəhrəmanlıqla həlak olan və “Qızıl Ulduz” ordeninə layiq görülən İlqar ölümündən 37 il keçməsinə baxmayaraq, bu gün də öz doğma məktəbinə və qəsəbəsinə, keçmiş döyüş yoldaşlarının yanına “qayıdıb”. Hər il […]