Axtarışda olan dələduz saxlanıldı
Yevlax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində dələduzluğa görə axtarışda olan şəxs tutulub. DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan APA TV-nin yerli bürosuna verilən məlumata görə, Əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 178.2.4-cü (Dələduzluq) maddəsi ilə axtarışda olan Əziz Hüseynov saxlanılıb. Saxlanılqdıqdan sonra Əziz Hüseynovun ətrafında aparılan araşdırma zamanı digər bir vətəndaşın 1000 manat pulunu […]