Browsing tag

BMT-nin İnkişaf Proqramı

Layihə təşəbbüsünün iştirakçılarına aktivlər verilib

2023-cü ilin noyabrından “Mingəçevirdə Valideyn Təlatümü” təşəbbüsünə qoşulan iyirmi bir qadından on dördünə layihə proqramı, birinə dövlət, birinə isə özəl şəxs tərəfindən aktivlər verilib. Nəticədə qadınlardan altısı dərzi, yeddisi stilist-vizajist,  biri dırnaq, biri şirniyyat,  biri isə kompüter xidmətləri üzrə avadanlıqlarla təmin olunub. Həmin qadınlar 12 günlük psixoloji, hüquqi və iqtisadi və usta yanında 2 aylıq […]

Bölgə məktəbində İctimai Şuraya seçki keçirildi

Mingəçevir şəhərindəki 3, 11 və 14 saylı məktəblərin aztəminatlı valideynlərinə, xüsusən gənc və işsiz analarına  dəstək və bacarıqlar aşılamaqla övladlarının keyfiyyətli təhsil almasında yardımçı olmaq niyyəti ilə 2023-cü ilin noyabrından “Mingəçevirdə Valideyn Təlatümü” təşəbbüsü həyata keçirilir. Bu təşəbbüs mövcud kateqoriyadan olan valideynlərə nəzəri biliklərə yiyələnmək, praktiki alətləri öyrənmək, maliyyə resurslarına çıxış əldə etmək və güclü […]

Layihə təşəbbüsünün benefisiarları Peşə Məktəbində

2023-cü ilin noyabrından “Mingəçevirdə Valideyn Təlatümü” təşəbbüsü həyata keçirilir. Məqsəd Mingəçevir şəhərindəki 3, 11 və 14 saylı məktəblərin aztəminatlı valideynlərinə, xüsusən gənc və işsiz analara  dəstək və bacarıqlar aşılamaqla övladlarının keyfiyyətli təhsil almasına yardım göstərməkdir.  Təşəbbüs çərçivəsində psixoloji, hüquqi və iqtisadi, ardınca peşə təlimlərinə cəlb edilən qadınlar Ələmdar Quliyev adına Mingəçevir Peşə Məktəbində də olublar. […]

KOBİA Mingəçevirdə qadın sahibkarlığın inkişafı ilə bağlı müzakirə aparıb

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə Mingəçevir şəhərində “Qadın sahibkarlığın inkişafında mövcud imkanlar, çətinliklər və perspektivlər”ə dair görüş təşkil olunub. Görüşdə  Mingəçevir Şəhər İcra Hakimiyyətinin nümayəndəsi İlqar Pirməmmədov, İqtisadiyyat Nazirliyinin Aran regional bölməsinin nümayəndəsi Tural  Nağıyev, Mingəçevir Şəhər İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Fərman Nəbiyev, KOBİA-nın Aran Regional koordinatoru Ayaz Ədilov, […]

IYA.AZ ictimaiyyətə təqdim olundu

“Mingəçevirdə Valideyn Təlatümü” təşəbbüsü üzrə yeni yaradılan IYA.AZ səhifəsinə ilkin baxış keçirilib. Mingəçevir Media Mərkəzində səhifəni  benefisiarlara,  media və qeyri-hökumət təşkilatları (QHT) nümayəndələrinə 2024-cü il yanvarın 5-də veb proqramçı Teymur Əzizov təqdim edib. O, deyib ki, bu resurs ilk növbədə təhsil və iş problemlərini həll etməyə çalışan əhalinin həsas təbəqəsinə xidmət üçün yaradılıb:    “Təşəbbüsün benefisiarları […]