Browsing tag

Bıçaqlanma

Mingəçevirdə tekstil fabrikində çalışan işçi həmkarını bıçaqlayıb

APA-nın Mingəçevir bürosunun məlumatına görə, 1984-cü il təvəllüdlü Qasımov Elmir Nizami oğlu tekstil fabrikində mübahisə zəminində sinəsindən bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib. Şəhər polis şöbəsi əməkdaşlarının əməliyyat axtarış tədbirləri nəticəsində E.Qasımova  xəsarət yetirməkdə şübhəli bilinən, fabrikin əməkdaşı, Kəlbəcər rayon sakini Dağıbəyi Vəlizadə saxlanılaraq istintaqa cəlb edilib. Faktla bağlı araşdırma aparılır.

Mingəçevir şəhərində bank əməkdaşı bıçaqlanıb

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə bu gün banklardan birinin qarşısında baş verib. Belə ki, tanışı tərəfindən bayıra çağırılan bank əməkdaşı Həsənov Aydın Sədrəddin oğlu həmin şəxs tərəfindən bıçaqlanaraq ağır xəsarət alıb. Yaralı həmkarları tərəfindən xəstəxanaya çatdırılıb. Hadisənin baş vermə səbəbi hələlik məlum deyil. Faktla bağlı araşdırmalara başlanılıb.