Mingəçevirdə kimlər bələdiyyə üzvü ola bilər?
Dekabrın 23-də keçiriləcək Bələdiyyə seçkilərinə bir aydan da az vaxt qalır. Bəs seçki öncəsi vəziyyət necədir? Bütün işlər təqvim planına uyğun aparılırmı? 47 saylı DSK-nın sədri Oqtay Məmmədovun dediyinə görə, indiyədək dairə və məntəqə seçki komissiyaları üzvlərinin təlimatlandırılması üçün treninqlər təşkil olunub. Seçicilərin tanış olması və əlavə dəqiqləşdirmələrin aparılması məqsədilə seçici siyahıları məlumat lövhələrində yerləşdirilib. […]