Ölkədə istismara qəbul olunmamış çoxmənzilli binaların sayı açıqlandı
Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin inzibati binasında “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 fevral 2019-cu il tarixli Fərmanının icrası ilə bağlı görülmüş işlərin, habelə qarşıya çıxan problemlərin müzakirəsi mövzusunda müşavirə keçirilib. FHN-dən Milli.Az-a verilən məlumata görə, müşavirədə Azərbaycan Respublikası Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi-şöbə müdiri […]