Browsing tag

Avtomobil qəzası

Toy karvanıyla gedən ata-bala qəzaya düşdü

Hadisə şəhərin M.Maqomayev küçəsi ilə Füzuli küçəsinin kəsişməsində qeydə alınıb. İlkin ehtimala görə, toy karvanında olan “KİA” markalı avtomobil işıqforun qırmızı işığının tələblərini pozaraq, yoluna davam edib və hərəkətdə olan “BMW” markalı avtomobilin qarşısına çıxıb. Onların toqquşması nəticəsində iki  nəfərin-1976-cı il təvəllüdlü Rövşən Soltanov və oğlu, 2002-ci il təvəllüdlü Məhəmmədəli Soltanovun yüngül xəsarət aldığı bildirilir. Mingəçevir Xəstəxanasından […]

“NAZ Lifan” zərbənin gücündən piyada yoluna düşdü

Bu gün şəhərin M.Maqomayev küçəsi  istiqamətində hərəkətdə olan iki avomobil – “Mersedes” markalı 99 FS 709 və “NAZ Lifan” markalı 45 BF 759 nömrəli avtomobillər toqquşub. Nəticədə “NAZ Lifan” zərbənin gücündən piyada yoluna düşüb. Hadisə zamanı hər iki avtomobilə ciddi ziyan dəyib. Xoşbəxlikdən sürücü və başqa şəxslər xəsarət almayıb. Faktla bağlı araşdırma aparılır.

Mingəçevirdə yol qəzası baş verib, yaralananlar var

Yüksək sürətlə hərəkət edən “Niva” markalı  avtomaşın “Hunday” markalı avtomobilə çırpılıb. Qəza nəticəsində Kənan Şükürov və Leyla Şükurova müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hər iki yaralı xəstəxanaya qaldırılıb. Məlumata görə Leyla Şükürovanın xəsarəti  daha ciddidir. Faktla bağlı araşdırma aparılır.