Koronavirus: Avropa İttifaqı Azərbaycanı dəstəkləyir
Avropa Komissiyası, koronavirus infeksiyasının yayılmasına qarşı qlobal miqyasda həyata keçirdiyi tədbirlər çərçivəsində Şərq Tərəfdaşlığı ölkələrinə dəstək nümayiş etdirərək Azərbaycan da daxil olmaqla təcili diqqət tələb edən ehtiyaclar üçün 140 milyon avro dəyərində yardım paketi ayırmışdır. Avropa Komissiyası həmçinin təxminən 700 milyon avro dəyərində olan mövcud alətlərinin istifadəsini koronavirus böhranının sosial-iqtisadi fəsadlarının aradan qaldırılmasına yönəltməyi planlaşdırır. […]