Ali məktəb nümayəndələri və sahibkarların birgə elmi seminarı
Mingəçevir Dövlət Universitetində “İqtisadiyyat və idarəetmə” fakültəsində “Kiçik və orta sahibkarlıq subyektlərinin müasir biznes bacarıqlarının və biliklərinin təkmilləşdirilməsi” mövzusunda (Strateji Yol Xəritəsi kontekstində) elmi seminar keçirilib. Universitetin elmi işlər üzrə prorektoru, i.e.d., professor Veysəl Əyyubov seminarın məramı barədə ətraflı məlumat verib. Qeyd edib ki, Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafı iqtisadiyyatın diversifikasiyası, rəqabətqabiliyyətliliyinin artırılması, məşğulluğun […]