“Əlvida, ilk müəllimim”
Mingəçevirdəki şəhid Noel Ahəngəri adına 13 saylı məktəbdə IV a sinfinin şagirdləri “Əlvida, ilk müəllimim” adlı buraxılış gecəsi keçirib. Şagirdlərlə yanaşı valideyn və müəllimlərin də qatıldığı gecə Dövlət Himnimizin oxunması ilə başlayıb. Bundan sonra şagirdlər dörd il ərzində ilk müəllimlərindən öyrəndikləri bilik və bacarıqları nümayiş etdiriblər. Mahnı və şeirlər oxunub, rəngarəng rəqslər, kiçik səhnəciklər ifa […]