Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Şuşada partlayıcı tələ aşkarlanıb

ANAMA əməliyyatla təhlükəsizliyi təmin edib

12

Şuşa rayonu, Kiçik Qaladərəsi kəndində aparılan ev təmizləmə işləri zamanı partlayıcı tələ aşkar edilib. Minatəmizləmə Agentliyindən (ANAMA) verilən məlumata görə, evin damında sütuna və giriş qapısına döyüş vəziyyətinə gətirilmiş 2 ədəd F-1 əl qumbarası tələ ilə quraşdırılıb.

ANAMA əməkdaşları dərhal müdaxilə edərək tələ qurğularını zərərsizləşdirib və ərazinin təhlükəsizliyini təmin ediblər.

Qeyd olunur ki, işğaldan azad edilmiş bölgələrdə minatəmizləmə əməliyyatları zamanı mütəmadi olaraq tələ minaları və improvisə edilmiş partlayıcı qurğular aşkarlanır.

Agentlik bir daha vətəndaşlara xəbərdarlıq edir ki, təhlükəsizliyinə əmin olmadıqları ərazilərə girməsinlər və tanımadıqları əşyalara toxunmasınlar.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.