Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Sumqayıt və Qazax kolleclərinə yeni direktor müavinləri təyin edilib

Zülfiyyə Hüseynova və Turanə Məmmədova müvafiq olaraq tədris və tərbiyə işləri üzrə vəzifələrə gətirilib

119

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi Sumqayıt və Qazax kolleclərində yeni rəhbər təyinatlarının həyata keçirildiyini açıqlayıb.

Agentliyin müvafiq əmrlərinə əsasən, Zülfiyyə Hüseynova Sumqayıt Musiqi Kollecində tədris işləri üzrə direktor müavini, Turanə Məmmədova isə Qazax Dövlət Sosial-İqtisadi Kollecində tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə gətirilib.

Zülfiyyə Hüseynova Azərbaycan Milli Konservatoriyasında “Musiqişünaslıq” ixtisası üzrə bakalavriat, magistratura və doktorantura təhsili alıb. O, əvvəlki illərdə Şuşa Musiqi Kollecində müəllim və Azərbaycan Milli Konservatoriyasında müxtəlif vəzifələrdə çalışıb. Elmi-pedaqoji fəaliyyəti çərçivəsində respublika və beynəlxalq konfranslarda iştirak edib və bir sıra elmi məqalələr nəşr olunub.

Turanə Məmmədova isə bakalavr təhsilini “Tarix və ictimaiyyət”, magistratura təhsilini “Təhsilin pedaqogikası və metodikası” ixtisasları üzrə alıb. Daha sonra ADA Universitetində “Təlim və tədrisin təşkili və metodikası” üzrə təhsilini davam etdirib. Son təyinatadək o, Şəmkir Rayon İcra Hakimiyyətində məsləhətçi vəzifəsində fəaliyyət göstərib.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.