Bizimlə həyatınız həmişə işıqlı olacaq!

SpaceX rəhbəri Ukrayna ilə əməkdaşlıq çərçivəsində icazəsiz istifadənin qarşısını alır

Mixail Fyodorov bildirib ki, ilkin tədbirlər artıq nəticə verir və Ukrayna komandası SpaceX ilə əməkdaşlığı davam etdirir

83

Amerikalı iş adamı İlon Mask açıqlayıb ki, Rusiya tərəfindən “Starlink” peyk internetindən icazəsiz istifadə hallarının qarşısını almaq üçün artıq tədbirlər həyata keçirilib. Bu barədə o, Ukraynanın müdafiə naziri Mixail Fyodorovin sosial şəbəkədə paylaşdığı yazıya şərhində məlumat verib.

Mask əlavə edib: “Əgər daha çox addım atmaq lazımdırsa, bildirin.”

Fyodorov isə cavabında bildirib ki, görülən ilkin tədbirlər artıq nəzərəçarpacaq nəticələr verir və Ukrayna komandası SpaceX ilə əməkdaşlığı davam etdirir. Nazir qeyd edib: “Biz növbəti mühüm addımlar üzərində sizin komandanızla sıx işləyirik. Bizimlə olduğunuz üçün təşəkkür edirik.”

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.