Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Sosial şəbəkə paylaşımlarına görə saxlanılanlar var

“TikTok”da əxlaq normalarına zidd məzmun yayan üç nəfərdən ikisi 10 sutka həbs edilib, bir nəfər isə cərimələnib

93

Naxçıvanda sosial şəbəkələrdə yayılan paylaşımlarla bağlı polis tərəfindən növbəti tədbirlər görülüb.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, “TikTok” platformasında ictimai əxlaq normalarına və milli-mənəvi dəyərlərə uyğun olmayan görüntülər paylaşan 29 yaşlı V.Mahmudova, 23 yaşlı L.Əliyeva və 29 yaşlı S.Həsənova müəyyən edilərək saxlanılıblar.

Araşdırma zamanı onların sosial media hesablarında cəmiyyətə açıq hörmətsizlik kimi qiymətləndirilən məzmunların yayımlandığı təsdiqlənib. Toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə təqdim olunub.

Məhkəmənin qərarı ilə V.Mahmudova və L.Əliyeva 10 sutka inzibati qaydada həbs edilib, S.Həsənovaya isə 750 manat məbləğində cərimə tətbiq olunub.

Qeyd olunub ki, sosial media platformalarında ictimai qaydanın və əxlaq normalarının qorunması istiqamətində tədbirlər davam etdirilir. Qanunvericiliyə zidd paylaşımlara qarşı müvafiq hüquqi addımlar atılır.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.