Bizimlə həyatınız həmişə işıqlı olacaq!

SOCAR Yaponiya şirkəti ilə əməkdaşlığa start verir

“Yokogawa Electric Corporation” ilə enerji sahəsində birgə imkanlar araşdırılır

365

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Yaponiya şirkəti “Yokogawa Electric Corporation” arasında potensial əməkdaşlıq imkanlarını araşdırmaq məqsədilə Anlaşma Memorandumu imzalanıb.

Memorandumun imzalanma mərasimi SOCAR-ın vitse-prezidentləri Anar MəmmədovBabək Hüseynov ilə “Yokogawa Europe B.V.” şirkətinin prezidenti, “Yokogawa Electric Corporation”ın vitse-prezidenti və Avropa, Rusiya və MDB üzrə regional baş icraçı direktoru Seita Hagihara arasında keçirilmiş görüş çərçivəsində baş tutub.

Görüş zamanı tərəflər ötən ilin sentyabrında Azərbaycan və Yaponiya arasında iqtisadi əməkdaşlıq üzrə Dövlət Komissiyasının 12-ci birgə iclasında əldə olunan razılaşmaların icrasındakı irəliləyişləri məmnunluqla qeyd ediblər.

Eyni zamanda, SOCAR və “Yokogawa Europe B.V.” arasında enerji sektorunda, o cümlədən upstream və downstream sahələrində birgə fəaliyyət imkanları müzakirə olunub və qarşılıqlı maraq doğuran istiqamətlər nəzərdən keçirilib.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.