Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Saxta təltif biznesi ifşa edildi

QHT sədrləri saxta orden və medallar hazırladığı üçün cinayət məsuliyyətinə cəlb olunub

13

Polis əməkdaşları qanunsuz fəaliyyətlə məşğul olan bir neçə QHT rəhbərini saxlayıb. Araşdırmalar nəticəsində “Azərbaycan Vətən Müharibəsi Veteranları” İctimai Birliyinin sədri Füzuli Rzaquliyev, “Dədə Qorqud” Xeyriyyə Fondunun rəhbəri Eldar İsmayılov və “Sabitlik və İnkişaf Mərkəzi” İctimai Birliyinin sədri Rasim Məmmədovun saxta orden, medal və müxtəlif təyinatlı vəsiqələr hazırlayıb satdığı müəyyən olunub.

Təşkilatların ofislərində dövlət əhəmiyyətli xüsusi gün və əlamətdar hadisələri əks etdirən 1500-dən çox medal və orden, 421 ədəd vəsiqə, 60-dan çox müxtəlif möhür və digər saxta predmetlər aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. F.Rzaquliyev, E.İsmayılov və R.Məmmədov istintaqa cəlb ediliblər və araşdırmalar davam etdirilir.

Ekspertlər və hüquq-mühafizə orqanları vətəndaşları saxta təltiflərə aldanmamağa çağırır. Bu cür qanunsuz biznes ciddi cinayət məsuliyyətinə səbəb olur.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.