Saxta iş elanları yayılır
“Temu” adı ilə paylaşılan təkliflər dələduzluq məqsədi daşıyır — ETX xəbərdarlıq edir
Son günlər sosial şəbəkələrdə və teleqram kanallarında “Temu 1106” adı ilə yayılan mesajlar vasitəsilə vətəndaşlara uydurma iş təkliflərinin göndərilməsi halları artıb.
Elektron Təhlükəsizlik Xidmətinin (ETX) məlumatına görə, “Temu iş təklifi” kimi təqdim olunan bu müraciətlər fırıldaq məqsədi daşıyır.
Dələduzlar insanlara “evdən rahat qazanc”, “asan iş”, “sifarişlərdən yüksək gəlir” kimi yalan və cəlbedici vədlər verir, daha sonra onları müxtəlif keçidlərə yönləndirərək şəxsi məlumatlarını ələ keçirməyə və maliyyə vəsaitlərini çıxarmağa çalışırlar.
ETX əhaliyə bu cür şübhəli təkliflərə inanmağı, qeyri-müəyyən mənbələrdən göndərilən keçidlərə daxil olmamağı və bank məlumatları da daxil olmaqla heç bir şəxsi informasiyanı üçüncü şəxslərlə paylaşmamağı tövsiyə edir.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.