Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Şanlıurfada küçələrdə dilənçilik qadağan edildi

Valilik ictimai asayişi təmin etmək məqsədilə parklar, meydanlar və digər açıq ərazilərdə dilənmə fəaliyyətlərini tam olaraq dayandırıb

76

Türkiyənin Şanlıurfa valiliyi, ictimai asayişi və təhlükəsizliyi təmin etmək, həmçinin vətəndaşların rifahını qorumaq məqsədilə vilayət ərazisində dilənçilik və qanunsuz müştəri cəlbetmə fəaliyyətlərini tam qadağan edib.

“Haber Global” xəbər verir ki, valilik tərəfindən verilən əmrdə küçələr, prospektlər, meydanlar, parklar və bağçalar, avtomobil dayanacaqları, tarixi və mədəni abidələr, ibadət yerləri, bankomatlar, körpü altları, işıqforlar və yolayrıcıları da daxil olmaqla, bütün açıq ictimai ərazilərdə dilənməyin qadağan edildiyi vurğulanıb.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.