Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Şagirdlərin çanta yükü azalır – Rəqəmsal dərsliklər gəlir

Yeni tədris ilində elektron kitabların istifadəsi genişlənəcək

25

Ənənəvi kağız dərsliklər yavaş-yavaş yerini rəqəmsal versiyalara verir. Beləliklə, illərlə müzakirə edilən “ağır çanta problemi” yaxın zamanda aradan qalxacaq.

Elm və Təhsil Nazirliyi artıq müvafiq şirkətlərlə əməkdaşlıq edərək dərsliklərin elektron formatda hazırlanması istiqamətində işlərə başlayıb. Yeni sistem sayəsində şagirdlərin bütün dərslikləri vahid platformada – rəqəmsal dərslikdə birləşdiriləcək.

Şagirdlərin sözlərinə görə, hər gün çoxsaylı kitab daşımaq çətinlik yaradırdı. Bu yenilik isə onların yükünü əhəmiyyətli dərəcədə azaldacaq.

Mütəxəssislər hesab edir ki, rəqəmsal dərsliklər müasir dövrün vacib tələblərindəndir. Dünyanın bir çox qabaqcıl ölkələrində bu sistem artıq geniş tətbiq olunur. Rəqəmsal kitabların üstünlükləri isə kifayət qədər çoxdur: interaktiv testlər, 3D modellər, şəkil, mətn, audio və video materialların birləşməsi dərslərin daha səmərəli öyrənilməsinə imkan yaradır.

Bundan başqa, elektron dərsliklərdə operativ dəyişikliklər etmək mümkündür. Çap xərclərinin olmaması isə əlavə üstünlükdür. Texniki problemlərin də tez bir zamanda aradan qaldırılması nəzərdə tutulub.

Hazırda 2025–2026-cı tədris ili üçün yeni dərsliklərin rəqəmsallaşdırılması prosesi gedir. Cari ildə isə ictimaiyyətin istifadəsinə veriləcək.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.