Şagirdlər üçün peşə seçimi imkanı genişlənir
DİM 8-ci və yuxarı siniflər üçün diaqnostik “Peşə seçimi” alətini istifadəyə təqdim etdi
Dövlət İmtahan Mərkəzi 8-ci və daha yuxarı sinif şagirdlərinə “Peşə seçimi” alətindən yararlanmaq imkanı təqdim edib. Bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
“Peşə seçimi” aləti şagirdlərin maraq, qabiliyyət və şəxsi xüsusiyyətlərinə uyğun peşə istiqamətlərini müəyyənləşdirməyə kömək edən diaqnostik platformadır. Alət üç əsas mərhələni əhatə edir:
-
Təfəkkür növləri üzrə test
-
Şəxsi xüsusiyyətlərin qiymətləndirilməsi
-
Peşə maraqlarının müəyyənləşdirilməsi
Testi tamamladıqdan sonra nəticələr dərhal hesablanır və iştirakçının təqdim etdiyi elektron poçt ünvanına göndərilir.
Peşə seçimi imtahanı dekabrın 10-da DİM-in elektron imtahanlar korpusunda saat 10:00 və 14:00-da olmaqla iki növbədə keçiriləcək. Qeydiyyat 9 dekabr saat 18:00-dək davam edəcək.
Sözügedən testlər daha əvvəl Elm və Təhsil Nazirliyi, eləcə də Gənclər və İdman Nazirliyi tərəfindən müxtəlif layihələr çərçivəsində tətbiq olunub və yüksək praktiki faydası təsdiqlənib.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.