Sərhəddə nəzarət gücləndirildi, 74 nəfər qaydaları pozduğuna görə saxlanıldı
Axtarışda olan yüzlərlə şəxsin hərəkəti məhdudlaşdırıldı
2025-ci ilin dekabr ayında sərhəd rejimini pozduqlarına görə 74 nəfər saxlanılaraq barələrində müvafiq tədbirlər həyata keçirilib.
Dövlət Sərhəd Xidmətinin icmalına əsasən, cinayətkarlığa qarşı mübarizə tədbirləri çərçivəsində hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 359 nəfər saxlanaraq aidiyyəti orqanlara təhvil verilib. Eyni zamanda, ölkədən çıxışı qadağan edilmiş 579 nəfərin ölkəni tərk etməsinin, girişi qadağan olunan 64 nəfərin isə ölkəyə daxil olmasının qarşısı alınıb.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.