Rusiyada WhatsApp tamamilə bloklanıb
Xidmətin domeni Roskomnadzorun DNS serverlərindən çıxarılıb; alternativ DNS-lərlə məhdudiyyətləri aşmaq mümkün deyil
Rusiyada WhatsApp messengerinin istifadəsi faktiki olaraq dayandırılıb. Xidmətin domeni Roskomnadzorun DNS serverlərindən çıxarılıb. “The-geek.ru” saytının məlumatına görə, bundan əvvəl YouTube domeni də verilənlər bazasından silinmişdi.
Bu tədbir “suveren RuNet qanunu”nun qüvvəyə minməsindən sonra yaradılan Milli Domen Ad Sistemi (NDNS) çərçivəsində həyata keçirilib. WhatsApp domeni məhz bu sistemdən çıxarılıb, lakin digər DNS serverlərində hələ də siyahıda qalır.
Qeyd olunur ki, ölkə daxilində alternativ DNS-lərdən istifadə edərək məhdudiyyətləri aşmaq mümkün deyil, çünki qanunvericiliyə görə bütün Rusiya internet provayderləri NSDI-yə qoşulmalıdırlar.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.