Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Rusiya immiqrantların tibbi yoxlanışını sərtləşdirir

Tibbi müayinədən keçməyən və ya saxta arayış təqdim edən əcnəbilər həbs və yüksək cərimə ilə üzləşə bilər; tibb müəssisələrinə də ciddi sanksiyalar nəzərdə tutulub

101

Dövlət Dumasına Rusiyaya iş məqsədilə gələn əcnəbilərin sağlamlığı ilə bağlı üç yeni qanun layihəsi təqdim olunub.

Bu təşəbbüsü jurnalistlərə açıqlayan Duma vitse-spikeri İrina Yarova (“Vahid Rusiya”) bildirib ki, qanun layihələri immiqrantların tibbi vəziyyətinin yoxlanılması, sənədlərin etibarlılığı və nəzarət mexanizmini gücləndirməyi hədəfləyir.

Yarova əlavə edib ki, tibbi müayinədən keçməyən əcnəbilər üçün cəzanın artırılması və məhkəmə qərarı ilə deportasiya tədbirləri nəzərdə tutulur. Saxta tibbi arayış təqdim edən şəxslər isə dörd ilə qədər həbs və 1 milyon rubla qədər cərimə ilə üzləşə bilər.

Qanun layihələrində həmçinin immiqrantların tibbi müayinəsinin nəticələrinin elektron formata çevrilməsi, tibbi müayinənin qaydalarını pozan tibb müəssisələrinə isə 1 milyon rubla qədər cərimə tətbiqi nəzərdə tutulur.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.