Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Rusiya Dövlət Dumasında “ChatGPT qalmaqalı” təkzib edildi

Gənclər siyasəti komitəsi qanun layihəsinin hazırlanmasında süni intellektdən istifadə edildiyi barədə iddiaların doğru olmadığını açıqlayıb

64

Rusiya Dövlət Dumasının Gənclər siyasəti komitəsi gənclər və uşaq QHT-lərinə dövlət dəstəyi haqqında qanuna dəyişikliklərlə bağlı qanun layihəsinin hazırlanmasında “ChatGPT” süni intellektindən istifadə edildiyi barədə xəbərləri rədd edib. Bu barədə komitənin mətbuat xidməti jurnalistlərə məlumat verib.

Komitədən bildirilib ki, qanun layihəsinin materialları son iki il ərzində yalnız deputatlar və komitə aparatının hüquqşünaslar komandası tərəfindən aparılan müzakirələr əsasında hazırlanıb:
“İzahat qeydi insan tərəfindən yazılıb və bu, dövlət orqanlarında istifadə üçün tövsiyə olunan Rusiyanın “GigaChat” adlı süni intellekt köməkçisi ilə aparılan analizlə təsdiqlənib. Qanun layihəsinin hazırlanması son dərəcə mürəkkəb və peşəkar prosesdir və süni intellekt bunun öhdəsindən prinsip etibarilə gələ bilməz,” – deyə açıqlamada qeyd olunub.

Komitə həmçinin əlavə edib ki, izahat qeydi üzərində işləyən əməkdaş həqiqətən süni intellekt köməkçisindən araşdırmaya keçid tapmaq üçün istifadə edib. “Araşdırmanın özü etibarlıdır, mənbələr mövcuddur və məlumat təsdiqlənib. Hər bir qanun layihəsi hazırlanarkən mövcud bilik və araşdırmalar əhatəli şəkildə öyrənilir,” – deyə komitə vurğulayıb.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.