Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Rusiya: Cənubi Qafqazda sülh və sabitlik bizim dəyişməz prioritetimizdir

Moskva: Cənubi Qafqazdan çıxmaq barədə düşünmürük – bölgədə qalmaq strateji əhəmiyyət daşıyır

17

“Rusiyanın xarici siyasətində Cənubi Qafqazda sülhün və sabitliyin qorunması dəyişməz əsas prioritetlərdən biridir. Bu səbəbdən Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılmasına yönəlmiş bütün təşəbbüsləri dəstəkləyirik”.

Bunu Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin yerli mətbuata açıqlamasında deyib.

Diplomat qeyd edib ki, “Tramp yolu” və ya Zəngəzur dəhlizi ilə bağlı Rusiyanın mövqeyi yalnız layihənin həyata keçirilmə detallarından sonra müəyyən olunacaq:
“İş hələ yeni başlayıb. Yük və sərnişinlərin tranzit rejimləri, hərəkət təhlükəsizliyi və digər təfərrüatlar razılaşdırılmalıdır. Bu proses Ermənistanın Avrasiya İqtisadi Birliyinə üzvlüyü və Ermənistan-İran sərhədində Rusiya sərhədçilərinin mövcudluğu kimi amillər də nəzərə alınmaqla aparılacaq. Rusiya həm erməni tərəfi, həm İran, həm də digər maraqlı tərəflərlə məsləhətləşmələrə açıqdır”.

Kopırkin həmçinin Rusiyanın Ermənistandakı hərbi bazasının çıxarılması məsələsinə də münasibət bildirib. O vurğulayıb ki, bu məsələ gündəmdə deyil və razılaşmaya əsasən, Rusiya Silahlı Qüvvələrinin bölmələri 2044-cü ilədək Ermənistanda qalacaq.

Səfir əlavə edib ki, Rusiyanı Cənubi Qafqazdan uzaqlaşdırmaq mümkün deyil:
“Rusiyanı regiondan ayırmaq kökündən yanlış bir yanaşmadır. Buna nə coğrafiya, nə ortaq tarix, nə də çoxşaxəli əlaqələr imkan verir. Xarici qüvvələrin bu tip absurd fikirləri yalnız onların regional reallıqları zəif dərk etdiyini göstərir”.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.