Rus bölmələrində tədris dili ilə bağlı yeni qərar
“Azərbaycan tarixi” V və VI siniflərdə yalnız dövlət dilində olacaq
Yeni dərs ilindən məktəblərdə daha bir dəyişiklik tətbiq ediləcək. Tədris dilindən asılı olmayaraq, bütün V və VI siniflərdə “Azərbaycan tarixi” fənni yalnız dövlət dili – Azərbaycan dilində tədris olunacaq.
Bu barədə qərar elm və təhsil naziri Emin Əmrullayevin imzaladığı əmr əsasında qüvvəyə minib.
Qeyd edək ki, indiyədək digər dillərdə tədris olunan siniflərdə bu yenilik yalnız V siniflərə şamil olunurdu. Artıq qarşıdan gələn tədris ilindən V və VI siniflər də bu prosesə qoşulacaq.
Xatırladaq ki, ümumtəhsil müəssisələrinin bütün X-XI siniflərində “Çağırışaqədərki hazırlıq” fənni də dövlət dilində tədris edilir. Bu dəyişiklik daha çox rus bölmələrini əhatə edir.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.