Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Riqa şəhərində “20 Yanvar” nəşrinin təqdimatı keçirildi

Azərbaycan və Latviya tədqiqatçılarının birgə hazırladığı kitab iki xalqın faciəli tarixini və azadlıq mübarizəsini əks etdirir

295

Yanvarın 30-da Riqadakı Barrikadalar Muzeyində Azərbaycan və Latviya tədqiqatçılarının hazırladığı “20 Yanvar” adlı nəşrin təqdimatı keçirilib. Kitab 1990-cı ildə Azərbaycanda və 1991-ci ildə Latviyada baş vermiş 20 Yanvar faciələrinə həsr olunmuş məqalələr toplusudur. Nəşrin müəllifləri arasında Mətin Məmmədli, Anar Vəliyev və latviyalı tarixçi Edqars Enqizers yer alır.

Tədbirdə 20 Yanvar qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxış edənlər hər iki xalqın oxşar tarixi təcrübəsindən, sovet rejiminin törətdiyi zorakılıqlardan və azadlıq uğrunda mübarizənin əhəmiyyətindən danışıblar. Vurğulanıb ki, bu nəşr Azərbaycan və Latviya alimlərinin birgə həyata keçirdiyi ilk akademik layihələrdəndir və iki ölkənin tarixi yaddaşını birləşdirən mühüm elmi töhfədir.

Təqdimatda rəsmi şəxslər, tarixçilər, diplomatlar, ictimaiyyət nümayəndələri və Latviyada yaşayan azərbaycanlılar iştirak ediblər.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.