Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Qrenlandiyada ehtiyat çağırışı

Nazir əhaliyə panikasız şəkildə ən azı beş günlük ərzaq tədarükü görməyi tövsiyə etdi

122

Qrenlandiya hökumətinin üzvü olan kənd təsərrüfatı naziri Peter Borq yerli əhaliyə ehtiyatlı olmağı tövsiyə edib. Nazir bildirib ki, hazırda ada üçün konkret təhlükə yoxdur, lakin mümkün risklərə qarşı hazırlıqlı olmaq vacibdir.

Onun sözlərinə görə, sakinlər evlərində azı beş gün kifayət edəcək ərzaq ehtiyatı saxlamalıdırlar. Borq vurğulayıb ki, bu çağırış panika ilə bağlı deyil və yalnız qabaqlayıcı tədbir xarakteri daşıyır: “Məsələ hər hansı fövqəladə hadisənin baş verəcəyində deyil, sadəcə hazırlıqlı olmaqdadır”.

Qeyd edək ki, yanvarın 5-də ABŞ Prezidenti Donald Tramp ölkəsinin milli təhlükəsizliyini əsas gətirərək Qrenlandiya üzərində nəzarətin gücləndirilməsi ilə bağlı planlardan danışıb. Bu açıqlamadan sonra Danimarka Müdafiə Nazirliyi ABŞ tərəfindən adaya qarşı hər hansı hərbi addım atılacağı təqdirdə cavabsız qalmayacağını bəyan edib.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.