Qırğızıstan ölüm cəzasını bərpa edir?
Prezident Sadır Japarov amansız cinayətlərə görə qanun layihəsi hazırlamağı tapşırdı
Qırğızıstan Prezidenti Sadır Japarov, uşaqlara və qadınlara qarşı xüsusilə ağır cinayətlərdə ölüm cəzasının bərpası ilə bağlı qanun layihəsinin hazırlanmasını tapşırıb.
Mətbuat katibi Asqat Alagözovun məlumatına görə, bu qərar, yetkinlik yaşına çatmayan Aysuluu adlı qızın amansızlıqla qətlə yetirilməsi işinə görə verilib. Prezident Japarov məsələni şəxsi nəzarəti altında saxlayır və bu cinayət barədə ictimaiyyəti şoka salan məlumatı dərin təəssüf hissi ilə qarşılayıb.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.