Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 2026-cı il üzrə kiçik, orta və böyük qrant müsabiqələrini elan edib. Layihə təkliflərinin qəbulu 22 sentyabr 2025-ci il tarixindən başlayıb və 22 oktyabr 2025-ci il tarixinə qədər davam edəcək.
Müsabiqələrdə qaliblər 2026-cı ilin birinci rübündə elan olunacaq. Layihələr ekspertiza və təhlil mərhələsindən keçdikdən sonra seçiləcək.
Qrant məbləğləri və icra müddətləri:
-
Kiçik qrant: 15 000 manat, icra müddəti 6 ayadək
-
Orta qrant: 30 000 manat, icra müddəti 9 ayadək
-
Böyük qrant: 50 000 manat, icra müddəti 12 ayadək
Müsabiqə mövzuları əsasən aşağıdakılardır:
-
WUF13 ilə bağlı beynəlxalq təşəbbüslər – yalnız koalisiya şəklində iştirak mümkündür.
-
Ətraf mühitin və sağlamlığın qorunması, insan alveri ilə mübarizə, həssas qruplarla iş, ənənəvi ailə dəyərlərinin möhkəmləndirilməsi.
-
Əsir və itkin düşmüş vətəndaşların hüquqlarının müdafiəsi, azad edilmiş ərazilərdə mina və partlamamış hərbi sursatlarla mübarizə.
-
Qərbi Azərbaycana qayıdış prosesi – insan hüquqları prizmasından təşəbbüslər.
-
Şəhid ailələri, veteranlar və müharibə iştirakçıları ilə iş.
-
Regionların sosial-iqtisadi inkişafına dəstək.
-
Milli, ictimai və beynəlxalq əhəmiyyətli digər təşəbbüslər.
Müsabiqəyə təqdim olunacaq sənədlər: layihə təklifi, icra planı, xərclər smetası, QHT-nin qeydiyyat sənədləri, maliyyə əsaslandırması və digər tələblər. Elektron qaydada müraciət edilməlidir; poçt və e-poçt vasitəsilə qəbul olunmur.
Əlavə məlumat və müraciət üçün:
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 520-ci məhəllə, ev 20.
E-mail: office@ngoagency.gov.az | Tel.: (+994 12) 493-15-81
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.