Bizimlə həyatınız həmişə işıqlı olacaq!

QHT-lərə Dövlət Dəstəyi Agentliyi məlumat yayıb

2026-cı il qrant müsabiqələrinin 602 layihəsi texniki seleksiyadan keçərək ekspert qiymətləndirməsinə daxil edilib, yekun nəticələr birinci rübdə açıqlanacaq

309

2026-cı il üçün Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən elan edilmiş qrant müsabiqələrinin, o cümlədən BP və Qarabağ Dirçəliş Fondu ilə birgə aparılan müsabiqələrin texniki seleksiya mərhələsindən 602 layihənin keçdiyi bildirilib.

Agentlikdən verilən məlumata görə, texniki seleksiyadan uğurla keçən 602 layihə hazırda müstəqil ekspertlər tərəfindən qiymətləndirmə mərhələsindədir.

Növbəti mərhələdə yekun dəyərləndirmə aparılacaq və müsabiqə nəticələri 2026-cı ilin birinci rübündə ictimaiyyətə təqdim ediləcək.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.