Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Qeyri-formal məşğulluqda sığorta yeniliyi

Ekspertlər qeyri-formal işçilərin siyahıya alınmasının çətinliyini qeyd edir

7

Qeyri-formal məşğulluq çərçivəsində çalışan şəxslər icbari tibbi sığorta üzrə sığortalı qismində çıxış edəcək və bunun üçün aylıq 16 manat ödəniş etməli olacaqlar. Qanun layihəsi artıq birinci oxunuşdan keçib, lakin bir çox suallar hələ də cavabsız qalır: “qeyri-formal məşğulluğun təsir dairəsinə düşənlər” kimləri əhatə edir?

İqtisadçı ekspert Natiq Cəfərli açıqlamasında bildirib ki, qeyri-formal işçilər faktiki olaraq rəsmi iş yeri olmayan şəxslərdir və onların müəyyənləşdirilməsi çətinlik yaradır:
“Ola bilər ki, bir şəxs rəsmi qeydiyyatda işləmir, amma ofisiant və ya kuryer kimi fəaliyyət göstərir. Bu halda ödəniş necə tutulacaq? Hüquqi və iqtisadi baxımdan bu təsnifat problematikdir. Qanunlar dəqiq olmalıdır, amma burada qeyri-müəyyənlik var. Sual yaranır: bunu kim və necə nəzarət edəcək? Təəssüf ki, rəsmi qurumlardan bu barədə hələ açıqlama verilməyib,” – deyə ekspert vurğulayıb.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.