Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Qazaxıstanda hərbi təyyarə qəzaya uğradı

Karaqandada təlim uçuşu zamanı Su-30SM yerə çırpılıb, pilotlar katapult edərək sağ qalıblar.

108

Qazaxıstanda hərbi təyyarə qəzası baş verib.

Karaqanda vilayətində planlı təlim uçuşu zamanı Su-30SM qırıcı təyyarəsi qəzaya uğrayıb. Qazaxıstan Müdafiə Nazirliyinin məlumatına görə, ekipaj vaxtında katapult edib və pilotlar sağ qalıb.

Rəsmi açıqlamada bildirilib ki, hadisə fevralın 25-də baş verib. Pilotların həyatına təhlükə yoxdur, onlar tibbi nəzarət altındadırlar.

Nazirlikdən qeyd olunub ki, qəzanın baş verdiyi ərazi mühafizəyə götürülüb və mülki əhali, eləcə də infrastruktur üçün təhlükə yaranmayıb. Hadisənin səbəblərini araşdırmaq məqsədilə xüsusi komissiya yaradılıb.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.