Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Qazaxıstan vətəndaşlarına İrana səfərlə bağlı xəbərdarlıq etdi

XİN gərginlik fonunda vətəndaşları ölkəni tərk etməyə və təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırdı

25

İran ətrafında müşahidə olunan gərginlik fonunda Qazaxıstan Xarici İşlər Nazirliyi vətəndaşlarına xəbərdarlıq edib. Rəsmi qurum vəziyyət sabitləşənədək İrana səfər etməməyi tövsiyə edir.

Bu barədə Qazaxıstan XİN-in mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, hazırda İranda olan Qazaxıstan vətəndaşlarına ölkəni imkan daxilində tez bir zamanda tərk etmək məsləhət görülür. Nazirlik həmçinin vətəndaşları təhlükəsizlik qaydalarına ciddi riayət etməyə, diqqətli və ehtiyatlı olmağa, rəsmi xəbərləri izləməyə və yerli hakimiyyət orqanlarının göstərişlərinə əməl etməyə çağırıb.

Müraciətdə qeyd olunub ki, mövcud şərait və mümkün risklər nəzərə alınmalı, xüsusilə Yaxın Şərq ölkələrinə səfər planlaşdırarkən məsuliyyətli davranılmalıdır.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.