Qarabağdakı separatçı məzarları Ermənistana köçürüləcək?
Ermənistan və Azərbaycan nümayəndələri ilkin razılıq əldə edib, amma proses hələ başlamayıb
2023-cü il sentyabrın 19-da Azərbaycan Ordusunun antiterror əməliyyatı nəticəsində zərərsizləşdirilən 66 separatçı Xankəndi və ətraf rayonlardakı qəbiristanlıqlarda basdırılıb.
Ermənistanın sonuncu Qarabağ separatçısı Samvel Şahramanyan jurnalistlərə bildirib ki, ermənilər Qarabağı tərk etdikdən sonra həmin məzarların İrəvandakı “Yerablur” hərbi panteonuna köçürülməsi məsələsi gündəmə gəlib. O qeyd edib ki, bununla bağlı həm Ermənistan hakimiyyəti, həm də Azərbaycan nümayəndələrindən ilkin razılıq alınıb, lakin proses hələ ki baş tutmayıb.
Şahramanyan həmçinin Azərbaycanda həbsdə olan erməni separatçılarının azad edilməsi və itkin düşənlərin taleyinin aydınlaşdırılması məsələsinin daim gündəmlərində olduğunu bildirib. Lakin baş nazir Nikol Paşinyan bu işlərdə yardım göstərmək niyyətində olub-olmadığını açıq şəkildə ifadə etmir. Əlaqə əsasən Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Armen Abazyan vasitəsilə həyata keçirilir.
Ermənistan tərəfinin məlumatına görə, antiterror əməliyyatı zamanı separatçılardan 244 nəfər ölüb, 11 nəfər isə itkin düşüb.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.