Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Qar, şaxta və güclü külək gözlənilir – Fövqəladə Hallar Nazirliyindən xəbərdarlıq

Əhali təhlükəsizlik qaydalarına əməl etməli, qış şəraitində avtomobil və qızdırıcı cihazlardan istifadə zamanı diqqətli olmalıdır

99

Fövqəladə Hallar Nazirliyi yaxın günlərdə gözlənilən əlverişsiz hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. Müraciətdə bildirilib ki, Milli Hidrometeorologiya Xidmətinin proqnozuna görə, ölkə ərazisində yağıntılar, əsasən dağlıq və dağətəyi rayonlarda qar gözlənilir, bəzi yerlərdə intensivliyi yüksək olacaq, temperatur kəskin düşəcək və bəzi ərazilərdə güclü külək əsəcək.

Nazirlik vətəndaşlara təhlükəsizlik qaydalarına ciddi əməl etməyi tövsiyə edib. Xüsusilə soyuq hava qaz və elektrik qızdırıcılarından istifadəni artırdığından, cihazlardan istifadə zamanı yanğın riskinə diqqət yetirilməlidir. Qeyri-standart, nasaz və ya özbaşına hazırlanmış qızdırıcılar istifadə edilməməli, elektrik şəbəkəsini həddindən artıq yükləməkdən çəkinilməli və işlək qızdırıcılar nəzarətsiz buraxılmamalıdır.

Dağlıq ərazilərdə yaşayan vətəndaşlar mümkün olduqca yaşayış məntəqəsini tərk etməməli, zərurət yarandıqda hərəkət istiqamətini yaxınlarına bildirməli, avtomobilin texniki vəziyyəti və yanacaq ehtiyatı ilə bağlı tədbirlər görməlidirlər. Qar uçqunu ehtimal olunan yerlərdən və dik yamaclardan uzaq durmaq, qaranlıq düşməzdən əvvəl geri qayıtmaq məsləhət görülür.

Güclü külək zamanı isə yüngül tikililər, bina və reklam lövhələrindən, hündür ağac və elektrik dirəklərinin altında dayanmaqdan çəkinmək, həmçinin yanğın təhlükəsizliyi qaydalarına diqqətlə əməl etmək vacibdir.

Təhlükə yarandıqda 112 xidməti ilə əlaqə saxlamaq tövsiyə olunur.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.