Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Qanunsuz toyuq sexində süni boyama aşkarlanıb

“Kənd toyuğu” təəssüratı yaratmaq üçün istifadə edilən Tartrazin (E102) qida əlavəsi allergiya və həssaslıq riskləri yaradır, sexin fəaliyyəti dayandırılıb.

247

Xırdalan şəhərində fəaliyyət göstərən qanunsuz quş kəsimi sexində laborator müayinələr nəticəsində toyuq məhsullarının süni sarı rənglə boyandığı məlum olub.

Qida Təhlükəsizliyi Agentliyindən bildirilib ki, “kənd toyuğu” təəssüratı yaratmaq məqsədilə toyuqlarda Tartrazin (E102) qida əlavəsindən istifadə edilib. Tartrazin dərman və kosmetik vasitələrdə, eləcə də bəzi qida məhsullarında istifadə olunan sintetik sarı boya olub, insanlarda allergiya və həssaslıq kimi yan təsirlərə səbəb ola bilər.

Fakt Abşeron rayonu, Xırdalan şəhəri, M.Müşfiq küçəsi, ev 3 ünvanında fiziki şəxs Salahov Şahin Salam oğluna məxsus sexdə qeydə alınıb. Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən sexin fəaliyyəti məhdudlaşdırılıb, toyuq məhsullarının kəsimi və dövriyyəsi qadağan edilib, məhsullar isə saxlanca daşınıb. Sahibkar barəsində inzibati icraata başlanılıb.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.