Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Qadağan olunan mərc oyunlarının reklamı ifşa edildi – 17 influenser saxlanıldı

Sosial şəbəkələrdə qanunsuz qumar reklamına qarşı DİN və Antiinhisar Agentliyi birgə əməliyyat keçirdi

80

Azərbaycanda sosial şəbəkələrdə qadağan olunmuş onlayn qumar və mərc oyunlarının reklamına qarşı genişmiqyaslı əməliyyat keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, tədbir Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi tərəfindən Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin əməkdaşları ilə birgə həyata keçirilib.

Araşdırmalar nəticəsində məlum olub ki, bir sıra tanınmış influencerlər və sosial media istifadəçiləri öz səhifələrində qanunsuz qumar və mərc platformalarının reklamını yayımlayıblar. Bu fəaliyyətlər çərçivəsində 17 nəfər müəyyən edilərək Baş İdarəyə gətirilib və onlar barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb.

Hazırda analoji fəaliyyətlə məşğul olan digər şəxslərin də müəyyənləşdirilməsi istiqamətində əməliyyat-texniki tədbirlər davam etdirilir.

DİN ictimaiyyətə xəbərdarlıq edərək bildirib ki, sosial şəbəkələrdə qeyri-qanuni qumar oyunlarını reklam etmək və onların yayımını təşviq etmək qanun pozuntusudur və bu cür hallara qarşı sərt hüquqi tədbirlər görüləcək.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.