Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Qəzza zolağı: Türkiyə hazır, amma İsrail tərəddüd edir

ABŞ dəstəkləyir, Azərbaycan və digər ölkələr də missiyada iştirak edə bilər

29

Türkiyə Silahlı Qüvvələri Qəzza zolağında yerləşdirilməsi planlaşdırılan beynəlxalq sabitləşdirici missiya üçün hazırlıqlarını tamamlayıb. Bu barədə “Türkiyə” qəzeti təhlükəsizlik mənbələrinə istinadla məlumat yayıb.

Mənbələr bildiriblər ki, Türkiyə üçün missiyaya qoşulmaq heç bir problem yaratmır, lakin İsrail bu təşəbbüsə qarşı çıxır. ABŞ isə İsrailə təzyiq göstərərək türk hərbçilərinin orada olmasını istəyir: “Atəşkəsin təminatçılarından biri kimi bizim də orada olmamız vacibdir. Amma olmazsa, dünyanın sonu deyil. İndoneziya, Azərbaycan və Pakistan kimi ölkələrin iştirakı da eyni mənanı daşıyır. Bizim birliklərimiz hazırdır və lazım olarsa, dərhal göndərilə bilər”, – deyə mənbələr vurğulayıb.

Qəzet, Qəzzada atəşkəsin təmin edilməsi üçün ən çox səylərin Türkiyə tərəfindən göstərildiyini qeyd edib.

ABŞ-nin BMT-dəki daimi nümayəndəsi Mayk Uolts noyabrın 21-də bildirib ki, Vaşinqton Azərbaycan və İndoneziya ilə Qəzzada beynəlxalq sabitləşdirici qüvvələrin formalaşdırılması üçün aparılan danışıqları müsbət qiymətləndirir. O qeyd edib ki, bir çox ölkələr öz hərbi kontingentlərini BMT-nin təsdiqindən sonra göndərir və Azərbaycan, İndoneziya və digər ölkələrlə aparılan müzakirələr uğurla davam edir.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.