Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Qəzetlərin də qiyməti bahalaşdı

Yanvarın 5-dən etibarən bir neçə qəzet və krossvord nəşrləri daha baha qiymətə satılır

364

Azərbaycanda bir sıra qəzetlərin satış qiyməti artırılıb. Yeni qiymətlər yanvarın 5-dən etibarən tətbiq olunmağa başlayıb.

Belə ki, “525-ci qəzet”in qiyməti 40 qəpik artırılaraq 1 manata, “Bakı Xəbər” qəzetinin qiyməti 40 qəpik artımla 60 qəpiyə, “Novoye Vremya”nın qiyməti isə 60 qəpik bahalaşaraq 70 qəpiyə çatdırılıb. “Səs” qəzeti də 60 qəpik artımla 1 manata satılır. Bundan başqa, əvvəllər 60 qəpik olan krossvord qəzetlərinin qiyməti də 10 qəpik artırılıb.

Xatırladaq ki, Medianın İnkişafı Agentliyi (MEDİA) tərəfindən qəzetlərin həftədə bir nömrəsinin çapına maliyyə dəstəyi göstərilir. Bu çərçivədə qəzetlərə aylıq 5 min manat, onların eyniadlı veb-saytlarına isə aylıq 3 min manat (əsaslı yenilənmə nəzərdə tutulduğu halda ilk ay 5 min manat olmaqla) maliyyə yardımı ayrılır.

Qeyd edək ki, MEDİA-nın əvvəlki müsabiqələri zamanı həftədə bir nömrəsi maliyyələşdirilən qəzetlərə aylıq 5 min manat, həftədə beş nömrəsi maliyyələşdirilən qəzetlərə isə aylıq 15 min manat dəstək göstərilib. Qəzetlərin eyniadlı internet resurslarına da aylıq 3 min manat, əsaslı yenilənmə planı olduqda isə ilk ay 5 min manat vəsait ayrılıb.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.